“Ən yaxşı
STEM dərs planım”
SDW 2019
fəaliyyəti
·
Təşkilatçı kimdir:
“STEM Discovery Week” 22-28 aprel, 2019 tədbirləri –Avropada elmin tədrisi
üçün yaradılmış “Scientix” cəmiyyətinin hər il təşkil etdiyi rəsmi tədbirlər
layihəsidir. Qeyd edək ki, “Scientix”
Avropa ölkələrinin bir çox Təhsil Nazirliklərinin dəstəklədiyi onlayn təhsil cəmiyyəti və şəbəkəsidir. Azərbaycanda
SDW 2019 tədbirlərinin koordinatoru və rəsmi
layihə tərəfdaşı olan “STEM Azərbaycanda”
layihəsinin (Təhsil Nazirliyinin Təhsildə
İnkişaf və İnnovasiyalar üzrə qrant layihəsi)
dəstəyi ilə təşkil edilir.
·
Kimlər iştirak edə bilər:
Azərbaycan respublikasının ümumtəhsil məktəblərinin
təbiət –texniki və ibtidai sinif
müəllimləri .
·
Mövzuları necə seçməli:
Ümumi dərs prosesinə dəstək verilməsi məqsədilə, müəllimlərin tədris
etdikləri fənnin aprel ayına düşən mövzulardan birini seçməsi tövsiyə edilir.
Müəllimin istəyi əsasında ixtiyari STEM məzmunlu aktual mövzu da seçilə bilər.
·Dərs planı üçün əsas tələblər nədir:
-
Şagirdlərin
köməyi ilə hazırlanmış müxtəlif STEM
resurslarından istifadə etmək;
-
Dərs
planını və prosesini 7E təlim modeli və ya Layihə əsaslı qurmaq;
-
Dərs
prosesində əldə olunmuş nəticə, model və
ya prototipin nə dərəcədə gündəlik problemlər üçün əhəmiyyətli olması müzakirə
edilməli;
- Qurulmuş dərs planı əsasında dərs keçmək və əsas
hissələrin foto və video görüntülərini
qeyd etmək (ən çoxu 14 dəqiqəlik youtube
video, fotolar keyfiyyətli olmalıdır).
-
Hazır
dərs planı Word proqramında yığılır, uyğun hissələrə dərs prosesindən
götürülmüş şəkillər yerləşdirilir. Dərsin youtube kanalında yerləşdirilmiş
linki də dərs planına əlavə edilir.
-
Qeyd
olunan qaydada hazırlanmış yekun dərs planı
ahmadovaaliya@gmail.com email
ünvanına göndərilir.
-
Dərs
prosesindən götürülmüş şəkillər və dərsin youtube kanalında yerləşdirilmiş
linki layihənin “STEM Azərbaycanda”facebook səhifəsində də mütləq paylaşılır. Facebook qrupumuzda paylaşım edərkən #SDW2019 sözünü kopyalayıb yerləşdirin, şəhər və məktəbin, müəllimin tam adını qeyd edin. Dərs zamanı hansı təlim üsullarını istifadə etmisinizsə qısaca bu barədə bildirin.
-
Haqqında
danışılan, “STEM Discovery Week” 2019 tədbirləri çərçivəsində həyata
keçiriləcək “Ən yaxşı STEM dərs planım” fəaliyyəti üçün hazırladığınız dərs
planları və youtube videolarının yuxarıdakı qaydada göndərilməsi 19-27 aprel
tarixlərində olmalıdır.
QEYD!!!
1. Yuxarıda göstərilmiş təlimatlara uyğun hazırlanmış (!) STEM dərs
planlarının müəllifi olan müəllimlər müəyyən olunmuş qaydada e-sertifikatla
təmin olunacaqlar.
2. STEM dərs planının nümunə forması YÜKLƏ
Комментариев нет:
Отправить комментарий