Sinif şəraitində hazırlanması mümkün
olan maraqlı STEM layihələrdən biri mobil telefondan proyektor hazırlama ideyasıdır. Əmin olun ki, şagirdləriniz bu prosesdən zövq alacaqlar. Şagirdlər layihənin qurma-yapma (texnologiya) hissəsi ilə məşğul ikən müəllim STEM tələblərinə uyğun olaraq aşağıdakı mövzularda məlumatlar verə, fikir mübadiləsi apara, müzakirələr yarada bilər: linzalar, xəyalın qurulması, həqiqi və mövhumi xəyallar, gözün quruluşu, görmə prosesi, mobil telefonların sağlamlığa təsiri və düzgün istifadə qaydaları, təkrar dövriyəsi mümkün olan tullantılar, karton tullantıların təkrar dövriyəsi və s.
İşin gedişi:
1. Böyüdücü-lupadan tutqac hissəsin ayırın, yalnız böyüdücü şüşə sizə
lazım olacaq.
2. Böyüdücü şüşənin ölçüsündə,
qutunun ön hissəsində dairə kəsib açın.Dəqiqlik olsun deyə diaqonalların
kəsişmə nöqtəsini mərkəz olaraq seçin.
3. Böyüdücü şüşəni yapışqanlı lentlə qutuya diqqətlə bərkidin.Qutunun
daxilinə işıq şüasının düşməməsi üçün bu prosesi diqqətlə yerinə yetirin.
4. Mobil telefonu qoya bilmək üçün dəmir kaığız sancaqdan dayaq
düzəldin. Bu məqsədlə digər əşyadan da istifadə etmək olar.
5. Dayağı hazırladığınız
qutunun içinə , böyüdücüyə simmetrik olaraq yerləşdirin və mobil telefonu onun
üzərinə qoyun.
6. İstədiyiniz öyrədici
videonu nümayiş üçün seçin və qutunun qapağını möhkəm bağlayın. Qutunun
böyüdücü şüşə olan hisssini ağ divara və ya xüsusi lövhəyə sarı yönləndirin.
Əgər divarda görüntü tərsinə alınırsa, bunu mobil telefonun funksyalarından
tənzimləyin. Görüntünün dəqiqliyi üçün mobil telefonu qutu daxilində böyüdücü
istiqamətində irəli və ya geri yerdəyişdirməklə tənzimləyin. Təbii ki, STEM
metodikasına görə bu proseslər lazımı nəzəri və praktik bilgilərin verilməsi,
müzakirə-mübadiləsi ilə paralel olaraq aparılır.
Yenilk axtarışında olan yaradıcı müəllim istənilən bir tədris
vahidini STEM metodikası əsasında qurmağa cəhd edə bilər. Bu zaman nəzərə
alınmalıdır ki, layihə üzərində iş yeni biliklər və vərdişlər formalaşdıran bir
neçə mərhələdə reallaşır:
1) tapşırığın məqsədinin müəyyən edilməsi
2) layihələndirmə
3) müasir-elmi texniki məhsulun modelinin və ya
maketinin hazırlanması
4) əldə
edilmiş məhsulun sınaqdan keçirilməsi
5) məhsulun
imkanlarının müzakirə edilməsi.
Təbiət və texniki fənlərinin yeni təhsil proqramının tələblərinə
uyğun olaraq tədrisinə nəzər salsaq, aydın olur ki, STEM metodikasının
mahiyyətini təşkil edən təbiət elmləri, texnologiya, mühəndislik və
riyaziyyatın əlaqəli və praktik tədris özünü bu fənlərin məzmununda aşkar
biruzə verir. STEM metodu tələbələrə gələcəkdə hansı peşəni seçmələrindən asılı
olmayaraq, onları mükəmməl təhsilə və karyeraya hazırlayır. Bu isə öz
növbəsində təhsilalanlara rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım
olan düşüncə və problem həlli vərdişlərini öyrədir.
Комментариев нет:
Отправить комментарий