STEM və STEAM mövzulu istənilən beynəlxalq layihəyə qoşulmuş müəllimlər üçün müsabiqə !!!
Müsabiqə qalibləri:
Müsabiqə qalibləri:
1. Natəvan Mustafazadə -Bakı şəhər, 32 saylı tam orta məktəb-ibtidai sinif ;
2. Səkinə Hüseynova- Bakı şəhər, 210 saylı tam orrta məktəb-informatika;
3. Aynurə Orucova-Gəncə şəhəri, 22 saylı tam orta məktəb-biologiya;
4. Fidan Əhmədova- Siyəzən, 1 saylı tam orta məktəb-fizika .
Müsabiqə qaliblərinin hədiyyəsi-Beynəlxalq STEAM seminarı ilə bağlı məlumat emaillərinə göndərilmişdir.
Müsabiqənin məqsədi: müəllimləri STEM və STEAM məzmunlu beynəlxalq layihələr işləməyə stimullaşdırmaq, həmin müəllimlərə metodki dəstək vermək
Qeyd 1: etwinning portalında açılmış layihələr də müsabiqəyə təqdim edilə bilər.
Qeyd 2: Seçim əsasında 4 müəllim ( yəni layihə) müəyyən olunacaq.
Qeyd 3: Müsabiqənin əsas qiymətləndirilmə meyarı:
1.Müəllim layihənin yaradıcısıdırsa: beynəlxalq layihədə STEM və ya STEAM məzmununun əhatə olunma səviyyəsi
2.Müəllim layihənin iştirakçısıdırsa,beynəlxalq layihədə müəllimin və şagirdlərinin iştirak səviyyəsi
Qeyd 4: Müsabiqənin hədiyyəsi olaraq, 2019-cu il sentyabrın 28 - 29-u tarixlərində Təhsil Nazirliyi və Hədəf Liseyinin təşkilatçılığı, BP şirkətinin maliyyə dəstəyi ilə Bakıda baş tutacaq iki günlük Beynəlxalq STEM təlim-tədbirinə dəvətnamə veriləcək.
Qeyd 5: Müsabiqənin hansısa məqamı ilə razılamayan, şəffaf keçiriləcəyinə əmin olmayan şəxslərin müsabiqədə iştirak etməməsi israrla xahiş olunur. Müsabiqə nəticəsində seçilmiş müəllimlər və layihələr barədə heç kimə izahat və ya açıqlama verilməyəcək.
Qeyd 6: Müsabiqə üçün son qeydiyyat tarixi 20 sentyabr, saat 18:00
Beynəlxalq STEM tədbir-təliminin təşkilatçısı: Hədəf STEM liseyi
Müsabiqənin təşkil edən: "STEM Azərbaycanda" layihəsinin rəhbəri Aliyə Əhmədova
Müsabiqənin təşkil edən: "STEM Azərbaycanda" layihəsinin rəhbəri Aliyə Əhmədova
Müsabiqəyə qeydiyyat linki:

Azərbaycan Respublikası Təhsil Nazirliyi
“Təhsildə inkişaf və
innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsi
“STEM Azərbaycanda” layihəsi çərçivəsində keçirilmiş
“Azərbaycanda STEM müəllimləri müsabiqəsinin qalibləri
I YER Babayeva Leyla , İsmayıllı şəhəri İ.Həsənov adına 1№li tam orta məktəbin biologiya müəllimi
II YER Aynurə Orucova ,Gəncə şəhəri M.Füzuli adına 22 №li tam orta məktəbin biologiya müəllimi
II YER Həmidova İlahə, Bakı şəhəri 221 sayli orta məktəbin riyaziyyat-informatika müəllimi
III YER Diləfuruz Baxşəliyeva, Zəngilan rayon 11 saylı tam orta məktəbin fizika müəllimi
III YER Elnarə Abdullayeva,Bakı şəhəri 300 saylı tam orta məktəbin biologiya müəllimi
III YER Xatirə Cabarova,Bakı şəhəri 226 saylı tam orta məktəbin biologiya müəllimi
Fərqlənmə yerləri :
Cəfərova Şükufə / biologiya , Qazax rayonu Daş Salahlı kənd A. Əmilov ad. 1№-li tam orta məktəb
Elmira Mirzəyeva / fizika, Bakı şəhəri, Nərimanov rayonu 202 saylı tam orta məktəb
Vüsalə Rüstəmova/ riyaziyyat, Sumqayıt şəhər 21 nömrəli tam orta məktəb
Mehrəliyeva Arzu, Bakı şəhəri 221 sayli orta məktəbi
Babayeva Məhin / biologiya, Bakı , A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika
Gimnaziyası
“Azərbaycanda
STEM müəllimləri”
müsabiqəsinin
Əsasnaməsi: Bu MÜSABİQƏ YEKUNLAŞMIŞDIR!
1. Müsabiqənin məqsədi:
1.1. Respublika müəllimlərini təbiət və texniki fənlərinin tədrisi zamanı yeni təlim
texnologiyası olan STEM-in tətbiqi üçün motivasiya təmin etməkdir.
2.Müsabiqənin hədəfi:
2.1. Yeni təlim texnologiyası olan STEM-in tədrisdə səmərəli şəkildə
tətbiq edilməsinin təşkili;
2.2. Yaradıcı müəllimlərin yeni təlim texnologiyası olan STEM-in fəal
istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, dərs
prosesində istifadəsinin mənimsənilməsi;
2.3. Ən yaxşı STEM-layihələrin hazırlanması və geniş istifadəçi
auditoriyasına tanıdılması və e-metodiki bazanın toplanması.
3. Müsabiqənin təşkilatçıları:
3.1. “Təhsildə inkişaf və
innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsi
“STEM Azərbaycanda” layihə təklifi çərçivəsində
layihə rəhbəri Aliyə Əhmədova .
4. Müsabiqənin keçirilmə müddəti:
4.1. Resursların qəbuluna başlanılır -10 noyabr, 2017-ci il və qəbul üçün son tarix – 4 dekabr, 2017-ci
il saat 24:00
4.2. Ekspertlərin layihələri qiymətləndirməsi - 05 -11 dekabr, 2017
4.3. Qaliblərin saytdan elan edilməsi-12 dekabr,saat 21:00, 2017-ci il
4.4. Təltifetmə tədbiri – 20 dekabr, 2017-ci il, Sumqayıt şəhəri.
5. İştirakçılar:
1.
5.1. Müsabiqəyə Azərbaycan Respublikasının
ümumtəhsil müəssisələrində kimya, fizika,biologiya, coğrafiya, həyat
bilgisi,ekologiya,astronomiya,riyaziyyat,texnologiya və informatika fənləri üzrə dərs keçən müəllimlər müraciət
edə bilərlər.
6. Nominasiyalar:
6.1. Müsabiqə bir istiqamət və bir nominasiya altında keçirilir: “Ən
yaxşı STEM layihəsi”
7. İşlərin müsabiqəyə təqdim edilməsi və işlərə qoyulan tələblər
7.1. İddiaçı müsabiqədə iştirak etməsi üçün “STEM Azərbaycanda”
saytınında (10 noyabrda yerləşdiriləcək ) qeydiyyatdan keçməlidir.
7.2. Qeydiyyatda müəllim və təmsil etdiyi təhsil müəssisə haqqında
məlumatlar, layihənin adı öz əksini tapmalıdır.
7.3. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim
oluna bilər. Müsabiqəyə təqdim olunan resurslara giriş üçün əlavə qeydiyyat
tələb olunmamalıdır.
7.4. Müsabiqəyə təqdim olunan STEM layihənin icrasının-təqdimatının video çəkilişinın ( müəllimin şagirdləri ilə birlikdə) youtube kanalındakı linki və layihənin izahatını verən “MS Word” proqramında yazılmış izahı- icmalı saytdakı xüsusi bölmədən (10 noyabrda yerləşdiriləcək ) təqdim edilməlidir.
-Burada layihə ilkin mərhələdən son nəticəyə qədər aydın və izahlı şəkildə təqdim olunmalıdır.
-Layihəni həyata keçirən müəllim ilk saniyələrdə özünü təqdim etməli və çəkiliş zamanı izahat müəllim və şagirdləri tərəfindən birgə verilməlidir.
-Layihəni təsvir edən “MS Word” proqramında yazılmış izahı- icmalı təqdim edilən video ilə uzlaşmalı və aparılan layihənin məqsədi və nəticələri aydın şəkildə təsvir edilməlidir
-Yazılarda “Times New Roman” şrifti, 12 ölçüdə, sətirlər arası 1,5 istifadə olunmalıdır.
-Hesabata qrafik əlavələr, layihə zamanı çəkilmiş şəkillər də əlavə oluna bilər.
-İşin tövsiyə edilən həcmi 4 səhifədən çox olmamalıdır.
-Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır.
-Video linki 15 dəqiqədən çox olmamalıdır.
-Burada layihə ilkin mərhələdən son nəticəyə qədər aydın və izahlı şəkildə təqdim olunmalıdır.
-Layihəni həyata keçirən müəllim ilk saniyələrdə özünü təqdim etməli və çəkiliş zamanı izahat müəllim və şagirdləri tərəfindən birgə verilməlidir.
-Layihəni təsvir edən “MS Word” proqramında yazılmış izahı- icmalı təqdim edilən video ilə uzlaşmalı və aparılan layihənin məqsədi və nəticələri aydın şəkildə təsvir edilməlidir
-Yazılarda “Times New Roman” şrifti, 12 ölçüdə, sətirlər arası 1,5 istifadə olunmalıdır.
-Hesabata qrafik əlavələr, layihə zamanı çəkilmiş şəkillər də əlavə oluna bilər.
-İşin tövsiyə edilən həcmi 4 səhifədən çox olmamalıdır.
-Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır.
-Video linki 15 dəqiqədən çox olmamalıdır.
7.5. Layihə rəhbərı müəllim və şagirdlərdən olmalıdır. Qrupun tərkibi 4-6 nəfərdən çox olmamalıdır. Qrup rəhbəri kimi müəllimin adı qeydiyyat formasında
göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin hesabat hissəsində
qeyd edilməlidir.
7.6. Müsabiqəyə təqdim edilən işlərin üzərində müsabiqənin
mükafatlandırma tədbirinin keçiriləcəyi günədək heç bir əlavə və dəyişiklik
aparılmamalıdır. Belə hallar aşkar edildikdə iş müsabiqədən
kənarlaşdırılacaqdır.
7.7. Müsabiqədə qalib gəlmiş iştirakçı və onun hazırladığı resurs,
həmçinin bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir yeni və ya
oxşar resurs növbəti 2 il ərzində bu tipli müsabiqəyə təqdim oluna bilməz.
8. Müsabiqənin mərhələləri:
8.1. Müsabiqə üç mərhələdə həyata keçirilir:
8.1.1. I mərhələ: işlərin qəbulu üzrə texniki ekspertiza;
8.1.2. II mərhələ: işlərin Ekspert komissiyası tərəfindən
qiymətləndirilməsi;
8.1.3. III mərhələ: Qiymətləndirilmə nəticələrinin emal edilərək
qalib və həvəsəndirici yerlərin elan edilməsi.
9. Qiymətləndirmə qaydası:
9.1. I mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqə
Əsasnaməsinin 7-ci maddəsinə uyğunluğu yoxlanılır.
9.2. II mərhələdə Ekspert Komissiyası təqdim edilən işləri
Əsasnamənin meyarlarına uyğun 0-10 bal sistemi ilə qiymətləndirir.
10. Qiymətləndirmə meyarları:
10.1. Təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin
təşkilinə verilən normativ tələblərə uyğunluğu;
10.2. Fənn kurikulumlarının tələblərinə uyğunluğu;
10.3. İşin aid olduğu STEM mövzusunu əhatə etməsi;
10.4.”Layihə əsaslı öyrətmə” texnologiyasının tətbiqi;
10.5. Fənlərarası inteqrasiyanın tətbiqi;
10.6. Məzmunun orijinallığı;
10.7. Materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması;
10.8. Şəkil, qrafik, düstur, təcrübə, audio, video materialların keyfiyyətli tətbiqi;
10.9. Materialdan müstəqil istifadə etmə imkanlarının olması;
10.10. Müəllim-şagird əməkdaşlığının əks etdirilməsi.
11. Müsabiqənin yekunu:
11.1. Təşkilat Komitəsi tərəfindən təqdim olunan işlər üzrə
qaliblərin müəyyən edilməsi barədə qərar qəbul edilir.
11.2. Qaliblərə diplom Təşkilat Komitəsi
tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim edilir.
11.3. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra
“STEM Azərbaycanda” saytında və facebook sosial səhifəsində yerləşdirilir.
2. Təltifetmə:
12.1. “Ən yaxşı STEM layihəsi” nominasiya üzrə diplomlar:
1-ci yer qalibi - 1nəfər;
2-ci yer qalibi - 2nəfər;
3-cü yer qalibi-3 nəfərə təqdim edilir.
12.2. Bundan əlavə 5 nəfər fərqlənən işlərə görə iştirakçılar
fərqlənmə diplomlarının verilməsi nəzərdə tutulur.
QEYD: müsabiqəyə iş təqdim etmiş bütün iştirakçılara müsabiqə iştirakçısı e-sertifikatı veriləcək!
QEYD: müsabiqəyə iş təqdim etmiş bütün iştirakçılara müsabiqə iştirakçısı e-sertifikatı veriləcək!
13. Əlavə məlumatlar:
13.1. İştirakçıların hazırladığı resurs təşkilatçının layihə saytında
və facebook sosial səhifəsində
yerləşdirilə bilər.
13.2. Müsabiqənin qalibi ilə əlaqədar bütün məsələlər üzrə ekspert
heyətinin qərarları sonuncudur və bütün iştirakçılara şamil edilir.
13.3. İştiakçılar müsabiqəyə daxil olaraq yarışın bütün şərtləri ilə
və onların işlərinin və şəkillərinin reklam niyyəti ilə təşkilatçı tərəfindən
istifadəsinə razılıq vermiş olurlar.
13.4. Müsabiqənin iştirakçıları və qaliblər televiziya və başqa
KİV-də müsabiqədə iştirakı ilə bağlı reklam xarakterli müsahibələr verməyə
razılaşır.
13.5. Müsabiqəyə göndərilən bütün işlər müəllif hüquqları qorunmaqla
tədris materialları STEM tədris bazasının yaradılmasında elektron və ya çap
formatında istifadə oluna bilər.
13.6. Əgər bu resursların yaradılmasında əlavə materiallardan
istifadə edilmişdirsə, mütləq məlumatın götürüldüyü mənbə qeyd olunmalıdır.
13.7. Hazır işi göndərməklə müsabiqə zəmanət verir ki:
13.7.1. İşi şəxsən özü və ya rəhbəri ilə əməkdaşlıq edərək
hazırlamışdır;
13.7.2. Resurslarda qeyd olunmuş bütün sitatlar mənbələrə istinad
edir;
13.7.3. Təsvirlər, fotoşəkillər, video və qrafik materialların
mənbələri var;
13.7.4. Hər hansı mənbədən istifadə edilmədən hazırlanan
materialların müəllif hüquqları qorunur;
13.7.5. Əgər müəllif hüquqları
kobud şəkildə pozularsa, məsələn, başqasının işindən istifadə olunarsa, və ya
mühüm əhəmiyyət kəsb edən bir hissə mənbəyi qeyd olunmadan istifadə edilərsə,
təqdim olunan iş müsabiqədən çıxarılır.
Комментариев нет:
Отправить комментарий