“STEM müəllimləri” kütləvi-açıq-onlayn-kurs
IV Təlim Modulu
“STEM lə gələcək peşə
seçiminə yönləndirmə ”
1. Nə üçün “bacarıqlar”
vacibdir?
2. STEM:
İndi və gələcək üçün gərəkli peşələr
3. STEM
əsaslı peşələrə yönləndirmədə görülə biləcək işlər
4. Tədrisi zamanı qabiliyyətlərin inkişafına fərdi yanaşma metodikası
Nə üçün “bacarıqlar” vacibdir?
İşəgötürülənlərin müxtəlif bacarıqlara sahib olmasına adətən bütün
növ işlərdə
(peşə
və ixtisaslarda) ehtiyac duyur.
Şagirdlər üçün sadalanan XXI əsr bacarıqları
məktəb dövründən
formalaşdırılması qarşıya məqsəd olaraq qoyulur. Daha sonra qabiliyyət və
vərdişə çevrilmiş bu bacarıqlar gəncin tələbəlik, iş və karyera dövründə ona
olan tələbatı artırır. Bu isə çətinlik çəkmədən gəncin işlə təmin olunmasına
zəmin yaradır. Bu baxımdan müəllim şagirdın yalnız bugünkü dərsə hazırlığına
deyil, qabiliyyətlərinin formalaşdırılmasına da paralel olaraq xüsusi diqqət
ayırmalıdır. Bir daha qeyd olunmalıdır ki, bu bacarıqlar yalnız yaxşı təlim
keçmiş gələcək mütəxəssislərin ( işçi qüvvənin) hazırlanması üçün deyil, həm də
hər bir gənci, gələcək uğurlarına aparacaq həyati vərdişlərin formalaşdırılması
məqsədi daşıyır.
STEM əsaslı peşələrdə
nə üçün öncədən peşə qabiliyyətləri
tələb olunur ?
STEM
əsaslı peşələrdə ( məsələ, körpü mühəndisliyi, qida sənayesi mühəndisliyi və
s.) mütəxəssisin səriştəsizliyi ani olaraq özünü biruzə verir. Proseslərin
yenidən bərpası, avtomatlaşdırılması, analizi və s. kimi mühüm mərhələrin
təkrarı isə qəzalar, insan itkisi, maaliyyə itkisi və s. kimi xoşagəlməz
hallara səbəb olur. Məhz bu səbəbdən işəgötürənlər artıq gənclərin tələbəlik
dövründən “təcrübə təqaüdləri”, “yay təcrübə məktəbləri” təşkil edir. Öz
gələcək mütəxəssislərində XXI əsr və iş qabiliyyətlərini tələbəlik dövründən
formalaşdırırlar. Bu qabiliyyətlərin bünövrəsi isə məktəb dövründən
qoyulmalıdır. Bu baxımdan hazırlıqlı olnan gənclər STEM əsaslı işə müsahibə zamanı:
·
Müsahibə vaxtı özünə əmin və inamlı olur
- · İşəgötürənlər tərəfindən müsbət qarşılanır və yeni bacarıqlara çevik yiyələnəbilən namizədlərə üstünlük verilir
- STEM əsaslı müsabiqələrdən, layihələrdən qazandığı bacarıqlar, tələbə təcrübə proqramlarında iştirakı və s. etmiş namizədlərin CV-ləri onlara üstünlük gətirir.
Müəllim təhsilalanıların bacarıqlarını
müəyyənləşdirmək və genişləndirmək üçün nələr edə bilər? Təşkil olunan fənn
gecələri, fənlərin inteqrasiyalı tədbirləri, layihə əsaslı öyrənmə
tapşırıqları, müxtəlif tipli müsabiqələrə hazırlıq, müxtəlif bacarıqlar
formalaşdıran dərnəklər, regionlararası qrant layihələr və beynəlxalq
e-tvinning layihələri təhsilalanlarda tədricən XXI əsr bacarıqlarını
formalaşdırmağa səbəb olur. Şagirdlərinizdə hansı STEM əsaslı peşələrə meylin
olduğunu maraqlı sorğu əsasında təyin edə bilərsiniz.
STEM: İndi və gələcək üçün gərəkli peşələr
Bu bir həqiqətdir ki, təbiət elmləri,
mühəndislik, texnologiya və riyaziyyat ( STEM) sahəsində olan mütəxəssislər
yeni ideyalar, yeni nəsil şirkətlər və sənaye texnologiyaları yaratmaqla yerli
innovasiyanı və beynəlxalq səviyyədə rəqabətə davamlılığı təmin edə bilrlər. Statistikaya görə son 10 ildə dünya üzrə STEM
əsalı iş yerlərinin açılması qeyri-STEM əsaslı iş yerlərinə nisbətdə 3 dəfə
çoxdur. Bu o deməkdir ki, STEM əsaslı ixtisas sahibi olan şəxslərin işsiz qalma
ehtimalları çox aşağıdır. STEM əsaslı peşələr təbiət elmləri, texnologiya,
mühəndislik, riyaziyyat və hətta tibb sahəsində gələcəkdə tələb olunacaq ixtisaslar
olmaqla indinin bə gələcəyin iqtisadi inkişafının əsasını təşkil edir.
2017-2018 –ci il üçün müəyyən
olunmuş tələb olunan STEM əsaslı ixtisaslar:
Akustika
Aviasiya / Aviasiya
Mühəndisliyi Texnologiyası / Texnik.
Aerokosmik, Aviasiya və
Aviasiya Mühəndisliyi.
Kənd təsərrüfatı / Biologiya
Mühəndisliyi və Biomühəndislik.
Cəbr və ədəd nəzəriyyəsi.
Analiz və funksional analiz.
Analitik Kimya.
Anatomiya.
Heyvan davranışları və
etioloji.
Heyvan genetikası.
Heyvan fiziologiyası.
Tətbiqi Riyaziyyat.
Su biologiyası / Limnologiya.
Memarlıq Çizilməsi və Memarlıq
CAD / CADD.
Memarlıq Mühəndisliyi
Texnologiyası / Texnik.
Memarlıq Mühəndisliyi.
Süni intellekt və Robotiks.
Astronomiya.
Astrofizika.
Atmosfer Kimyası və
Klimatoloji.
Atmosfer fizikası və
dinamikası.
Atmosfer Elmləri və
Meteorologiya, Ümumi.
Atom / Molekulyar Fizika.
Avtomatika Mühəndisliyi
Texnologiyası / Texnik.
Biokimya.
Biokimya / Biofizika və
Molekulyar Biologiya.
Bioinformatika.
Biologiya Texnikası /
Biotexnologiya Laboratoriya Texniku.
Biologiya / Biologiya Elmləri,
Ümumi.
Biyomedikal Elmlər, Ümumi.
Biyomedikal Texnologiya /
Texnik.
Biyomedikal / Tibbi
Mühəndisliyi.
Biometriya / Biometrics.
Biofizika.
Biostatistika.
Biotexnologiya.
Botanika / Bitki Biologiyası.
Dizayn Texnologiyası / Texnik.
Kardiyovaskulyar elm.
Biologiya və anatomiya.
Hüceyrə fiziologiyası.
Molekulyar
Biologiya.
r Biologiya və
histologiya.
Keramika Elmləri və
Mühəndisliyi.
Kimya mühəndisliyi.
Kimyəvi Fizika.
Kimya Texnologiyası / Texnik.
Kimya, Ümumi.
Mülki hazırlama və tikinti
mühəndisliyi .
İnşaat Mühəndisliyi
Texnologiyası / Texnik.
İnşaat Mühəndisliyi, Ümumi.
Hesaplamalı Riyaziyyat.
Kompüter və İnformasiya
Elmləri, Ümumi.
Kompüter və İnformasiya
Sistemləri Təhlükəsizliyi.
Kompüter Mühəndisliyi
Texnologiyası / Texnik.
Kompüter Mühəndisliyi, Ümumi.
Kompüter Qrafikası.
Kompüter texnikası
mühəndisliyi.
Kompüter Təchizatı
Texnologiyası / Texnik.
Kompüter Proqramlaşdırma,
Xüsusi Proqramlar.
Kompüter Proqramlaşdırma, /
Məhsulların Sertifikasiyası.
Kompüter Proqramlaşdırma /
Proqramlaşdırma, Ümumi.
Kompyuter elmləri.
Kompüter Proqramlaşdırma
Mühəndisliyi.
Kompüter Proqram Texnologiyası
/ Texnik.
Kompüter Sistemləri Təhlili /
Analitik.
Kompüter sistemləri şəbəkəsi
və Telekommunikasiya.
Kompüter Texnologiyası /
Kompüter Sistemləri Texnologiyası.
Qoruma Biologiyası.
İnşaat Mühəndisliyi
Texnologiyası / Texnik.
İnşaat Mühəndisliyi.
Data Modelləşdirmə /
Məlumatlar bazasıının idarəsi.
Data Prosesləri və Data Prosesləri
Texnologiyası / Texnik.
İnkişaf Biologiyası və
Embriologiya.
Hazırlıq və Dizayn
Texnologiyası / Texnik, Ümumi.
Ekologiya.
Elektrik, Elektron və
Kommunikasiya Mühəndisliyi Texnologiyası / Texnik.
Elektrik, Elektron və
Kommunikasiya Mühəndisliyi.
Elektrik / Elektron
Mühəndisliyi və Elektrik / Elektronika
Elektromexaniki Texnologiya /
Elektromexaniki mühəndislik texnologiyası.
Elementar Zərrəciklər Fizikası
Endokrinologiya.
Enerji İdarəetmə və Sistem
Texnologiyası / Texnik.
Mühəndislik Mexanizmi.
Mühəndislik Fizikası.
Mühəndislik elmləri.
Mühəndislik Texnologiyası,
Ümumi.
Mühəndislik, Ümumi.
Mühəndislik / Sənaye
İdarəetmə.
Entomologiya.
Ətraf mühit biologiyası.
Ətraf Mühit mühəndisliyi /
Ətraf Mühit Texnologiyası
Ətraf Mühitin Toksikologiyası.
Ətraf mühitin mühafizəsi.
Epidemiologiya.
Təkamül Biologiyası.
Fiziologiyanın tətbiqi.
Mühəndislər.
Genetik, Ümumi.
Geologiya / Geofizik
Engineering.
Geologiya / Yer Elmləri,
Ümumi.
Həndəsə / Geometrik Analiz.
Geofizika və seysmologiya.
Geotexniki mühəndislik.
Təhlükəli Materiallar
İnformasiya Sistemləri Texnologiyası / Texnik.
Təhlükəli Materiallar
İdarəetmə və Tullantı Texnologiyası / Texnik.
İstilik, Kondisioner və
Soğutma Texnologiyası / Texnik (ACH / ACR / ACHR / HRAC / HVAC / AC
Texnologiyası).
İnsan / Tibbi Genetika.
Hidrolik və Maye Gücü
Texnologiyası / Texnik.
Hidrolgiya
İmmünologiya.
Sənaye mühəndisliyi.
Sənaye Radiologiya
Texnologiyası / Texnik.
Sənaye Təhlükəsizliyi
Texnologiyası / Texnik.
Sənaye Texnologiyası / Texnik.
İnformasiya elmləri /
tədqiqatlar.
İnformasiya texnologiyaları.
İnorganik Kimya.
Lazer və Optik Texnologiya /
Texnik.
İstehsalat mühəndisliyi.
İstehsal Texnologiyası /
Texnik.
Dəniz Biologiyası və Bioloji
Oşinografi.
Material Mühəndisliyi.
Riyazi statistika və ehtimal.
Riyaziyyat, Ümumi.
Mexanik hazırlama / Mexanika
Mühəndisliyi.
Mexanika Mühəndisliyi /
Mexanika Texnologiyası / Texnik.
Tibbi Mikrobiologiya və
Bakterioloji.
Tibb üzrə araşdırmacı (MS,
PhD).
Metalurji Mühəndisliyi.
Metalurji Texnologiyası / Texnik.
Meteorologiya.
Mikrob və eukaryotik genetika.
Mikrobiologiya, Ümumi.
Hərbi Texnologiyalar.
Mədənçilik və Mineral
Mühəndisliyi.
Mədən Texnologiyası / Texnik.
Molekulyar Biokimya.
Molekulyar Biologiya / Biofizika
Molekulyar Genetika.
Molekulyar Farmakologiya.
Molekulyar fiziologiya.
Molekulyar Toksikologiya.
Dəniz Memarlığı və Dəniz
mühəndisli
STEM əsaslı peşələrə yönləndirmədə görülə biləcək
işlər
Təbiət
elmləri, mühəndislik, texnologiya və riyaziyyat (STEM) sahəsində olan
mütəxəssislərın fəaliyyəti hər bir ölkənin iqtisadi inkişafında mühüm rol
oynayır. Təəssüf edici haldır ki, ölkəmizdə STEM əsaslı işlərə kifayət qədər
vakant yerlər oluduğu halda, öz işinin mütəxəssisi olan-peşə qabiliyətlərini
vaxtında formalaşdıra bilmiş kadrlar “çıraqla” axtarılır. Problem nədədir?
Tələbə adını qazanan gənclərın bir çoxu bununla işinin bitdiyini zənn edir.
Halbuki, həyat və karyera üçün “iş” bundan belə başlayır. Tələbəlik dövründən
müxtəlif iri istehsal və sənaye şirkətlərinin təcrübə və təqaüd proqramlarında
iştirak etmək, yay dövründə bu şirkətlərdə təcrübəçi-tələbə kimi müraciət
etmək, bəzən
könüllü
əsaslarla müxtəlif layihələrdə təcrübə toplamaq, xarici dil və İKT
bacarıqlarını inkişaf etdirmək ali təhsil həyatı ilə ciddi olaraq paralel
şəkildə aparılmalıdır. Deməli, STEM əsaslı işlərdə keyfiyyətli mütəxəssisləri hazırlanması
ümumtəhsil və ali təhsil məktəblərində STEM əsaslı təhsilə düzgün hədəflənməklə
həyata keçirilə bilər. Ölkəmizdə
universitetlərdə müxtəlif istehsal şirkətlərinin laboratoriyalar, texnoparklar açması
təcrübəsi özünün müsbət effektini göstərməkdədir. Şagirdlərin də məktəb
dövründən öz qabiliyyətlərinə uyğun peşə
istiqamətində yönləndirilməsi üçün belə kiçik laboratoriya və texnoparkların
məktəblərdə də açılmasına ciddi ehtiyac duyulur.Müəyyən mənalarda bu deyilənlər
vaxt və imkan tələb edir. Lakin şirkətlər də alternativ çıxış yolları təqdim
edə bilərlər.Məsələn, “Azərsu”ASC tərəfindən 25 noyabr,
2017-ci il tarixində saat 11– də Şollar su mənbəyinə, Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə və “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin Təlim-Tədris Mərkəzinə
təşkil
olunan STEM əsaslı səfər kimi. ”Bismak” və “Çörəkçi” istehsal müəssisələrinin şagirdlər
üçün təşkil etdiyi STEM əsaslı inteqrativ ekskursiyalar da bu istiqamətdə atılan
müsbət addımlardandır.
Bu işlərin təşkil olunmasında müəllim-valideyn-məktəb assosasiyalarının düzgün
işləməsi əsas şərtdir.
Şagirdlərin dərk etmə yollarını, qabiliyyətlərinin
istiqamətlərini aşkarlaya bilən müəllimlər isə şagirdın gələcək peşə seçiminə
düzgün yönləndirmədə öz müsbət təsirlərini edə biləcək.
Tədrisi zamanı qabiliyyətlərin inkişafına fərdi
yanaşma metodikası
Məlumdur
ki, şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılması, bu istiqamətdə
vaxtında və səriştəli yönləndirilmə şagirdin gələcək həyatı üçün önəlimlidir.Belə
ki, şagirdləri maraq və qabiliyyətlərinə uyğun olaraq müxtəlif peşələrə yönəltmək
vəzifəsi məhz ümumtəhsil məktəbindən başlayır .Həqiqətə də, hər bir şagirdin fərdi
qabilliyyətlərinin üzə çıxarılması və ona uyğun peşə seçimi hər bir fənn müəllimindən
işinə məsuluyyətli yanaşmanı tələb edir. Bu istiqamətdə fizika fənn müəllimin
üzərinə düşən öhdəliklərə nəzər salaq.
“Qabiliyyət” adlandırılan anlayışa daim müxtəlif yanaşmalar
olmuşdur.1983-cü ildə Harvard Universitetinin professor Dr.Hovard Gardner “çoxşaxəli qabiliyyət nəzəriyyəsi”ni
işləyib hazırladı. Nəzəriyyəni qısaca ümumiləşdirsək, Dr Gardnerə görə qabiliyyət
oxu, yazı və riyazi bacarıqlara uyğun olaraq ölçülür və insanın gələcək fəaliyyətin
də , əsasən, buna görə müəyyən olunur.Güründüyü kimi, qabiliyyətləri müəyyən
etmə mexanizmləri məhz fizika fənninin məzmununu dərk etməyə tam uyğun gəlir.Fizika
fənn müəllimlərinin, fənnin məzmunu daxilində
öz şagirdlərinin maraq və qabiliyyətlərini aşkarlamağa, düzgün yönləndirməyə
bir çox imkanları vardır. Dr.Gardnerə görə, hər bir fərd özündə 8 fərqli
qabiliyyətinin birini deyil, bir neçəsini birləşdirə bilir.Hətta zehni qüsuru
olan uşağın niq qabiliyyətləri zəif inkişaf etmiş olsa belə,o, çox yaxşı rəsm çəkə
və ya musiqi alətində ifa edə bilər. Bu qabiliyyətlərə nümunə üçün fizika fənninin
məzmunu daxilində nəzər salaq:
1. İncəsənət qabiliyyətinə malik olan şagirdlər hər
hansı bir obyekti, deməli, fiziki cismi,
fiziki hadisənin gedişini daha sürətlə qavrayırlar. Buna şəkillər, sxemlər,
diaqramlar, animasiyalar və s. də aiddir.İnformasiyanı vizual və verbal olaraq
daha tez qəbul etdikləri üçün onların yaxşı motorik qabiliyyətləri olur.Adətən
belə uşaqlar, kitaba baxarkən ilk növbədə fiziki hadisəni təsvir edən
illüstrasiyaları nəzrdən keçirir və öz fikirlərini bildirməkdən çəkinmirlər. Onlar
müəllimdən nəzri şərhi zamanıaldıqları məlimatı uzunmüddətli yaddaş olaraq
qoruya bilirlər. Fizika müəllimi bu şagirdlərə ev tapşırığı kimi, onların maraq
dairəsinə uyğun gələn rəsm təqdimatlar, videotəqdimatlar, slaydlar hazırlamaq
tapşıra bilər.Fikir mübadiləsi və müzakirə zamanı bu şagirdlərin fiziki hadisəni
dəqiq təsvir edərək şərh etmə qabiliyyətini önə çıxartmaq olar. İncəsənət
qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün gələcəkdə dərzi-modelyer, duluscu,
zərgər, qrafik dizayner, rəssam, heykəltəraş, fotoqraf, estetik cərrah və s.
kimi peşələr uyğun hesab olunur.
2. Fiziki qabiliyyətli şagirdlər hərəkətli, aktiv
olmağı sevirlər. Onların beyinləri və əlləri arasında xüsusi əlaqə olduğundan,
daha çox toxunma və hərəkətlə obyekti “fiziki təcrübə” edirlər.Adətən, bu
şagirdləri hiperaktiv və diqqətini toplaya bilməyən şagird kimi dəyərləndirirlər.
Bu cür şagirdləri ”ram” etmək, nə isə öyrətmək müəllimlər üçün çətin olur. Çünki,
onlara enerjisini sərf etməyə tənəffüs vaxtı kifayət etmir və onlar dərs ərzində
digər yoldaşlarına qarşı əsəbi olurlar.Fizika müəllimi fiziki qabiliyyətləri önə
çıxan şagirdlərə sadə təcrübələri icra etməyi həvalə edə bilər. Oynayaraq öyrənmə
konsepsiyasına əsaslanan üsullar bu şagirdlərlə birgə icra oluna bilər.Təqdimatlar
zamanı sinifin təşkil olunmasında fiziki qabiliyyətli şagirdlər müəllimin yaxın
köməkçisi qismində fəallıq göstərməyə meyilli olurlar. Fiziki qabiliyyətləri
inkişaf etmiş şagirdlər üçün gələcəkdə şə.qçi, atlet, rəqqas, aktyor, hərbiçi,
yanğınsöndürən və s. kimi peşələr uyğun hesab olunur.
3. Fərddaxili qabiliyyətli şagirdlər adətən, vaxtlarını ümumi deyil, şəxsi işləri
,şəxsi məqsədləri sərf edirlər. Kənardan utancaq, sakitliyi sevən şagird kimi
görünürlər. Onlar müstəqil fəaliyyəti xoşladığından , vaxtlarını yalnız düşünmək
və işləməklə keçirirlər. Fizika müəlliminın bu şagirdlərə verəcəyi yaradıcıtətbiqetmə
tapşırıqları, müstəqil araşdırmalar, layihə işləri və s. yüksək məsuliyyətlə
icra olunacaqdır. Bu xüsusiyyətlərinə görə fizika müəllimi onlara hətta müxtəlif
testqurma və həlletmə tapşırıqları da verə bilər. Fərddaxili qabiliyyəti
inkişaf etmiş şagirlər üçün filosof, nəzəriyyəçi, humanitar sahədə işçi, tədqiqatçı,
psixoloq və s. kimi peşələr uyğun hesab olunur.
4. Fərdlərarası qabiliyyətli şagirdləri insanlarla
ünsiyyətdən, müəyyən işlə məşğul olmaqdanvə öyrənməkdən zövq alırlar. Onlara həvalə
olunmuş hər işə qarşı etibarlıdırlar. Dostluq əlaqələri güclü olur, komanda
üzvü olmağı da xoşlayırlar.Bu baxımdan fizika müəllimi cütlərlə iş formasından
istifadə edərkən, təlim nəticələri zəif olan şagirdi fərdlərarası qabiliyyəti
yüksək olan şagirdə həvalə edə bilər.Fərdlərarası qabiliyyəti inkişaf etmiş
şagirdlər üçün müəllim, psixiatr, psixoloq, sosioloq, həkim-terapevt və s. kimi
peşələr uyğun hesab olunur.
5. Məntiqi qabiliyyətli şagirdlər fizika müəlliminə
mövzu ilə əlaqəli xeyli suallar verir.Nümunə: müəllim elektronun nüvə ətrafında
hərəkət etdiyini şərh edən zaman, məntiqi qabiliyyətli 6-cı sinif şagirdini bir neçə sual
maraqlandırır:Nə üçün nüvə proton və neytronlardan ibarətdir, elektron və neytronlardan
deyil? Nə üçün nüvə mərkəzdədir, amma elektron daim onun ətrafında hərəkətdədir? və s. Bu şagirdlər fizika fənn
olimpiadalarında., məntiq olimpiadalarında məmnuniyyətlə iştirak eirlər.Onlar
müxtəlif təcrübəri sınamağı, işlərindən nəticələr çıxarmağı bacarırlar.Bu cür
şagirdlər təbii olaraq, riyaziyyatı, kimyanı, kompyuter texnologiyaları ilə işləməyi,
proqramlaşdırmağı da çox sevirlər.Öz seçdikləri peşəyə yaradıcı yanaşma onların
xüsusiyyətlərindən biridir.Bu şagirdlərin qabiliyyətlərinin aşkar edilməsi və
inkişaf etdirilməsi üçün müxtəlif olimpiada qrupları təşkil olunur. Məntiqi
qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün mühasib, vergi mütəxəssisi, mühəndis,
proqramçı, tədqiqatçı və s. kimi peşələr uyğun hesab olunur.
6. Linqivistik
qabiliyyətli şagirdlər danışmağa meyillidirlər. Fizika dərsinə hazır olmadıqda
belə, bir fikir ətrafında “hekayə uydurmağı”, təsvir edərək izah etməyi
bacarırlar. Fizkadan tərifləri əzbərdən, yanılmadan söyləyirlər. Fizika dərslərində
mövzu mətnini oxuyaraq-anlama üsulu ilə şərh etməyi bu cür şagirdlərə həvalə
etmək olar.Qrup işinin təqdimatı zamanı danışmağı, diskusiya və debatlarda
iştirak etməyi xoşlayırlar. Linqivistik qabiliyyəti inkişaf etmiş şagirdlər
üçün jurnalist, şərhçi, tərcüməçi, müəllim, hüquqşünas, şair, yazıçı,
dramaturq, ictimai xadim, redaktor, media məsləhətçisi, televiziya-radio
diktoru və s. kimi peşələr uyğun hesab olunur.
7. Naturalist
qabiliyyətli şagirdlər fiziki qabiliyyətli şagirdlər kimi toxunmağı, hiss etməyi,
təbiəti və heyvanları sevirlər.Naturalist şagirdlər ətraf mühitlə bağlı hər
şeylə maraqlandıqlarına görə fiziki hadisələr , onların baş vermə səbəbləri ilə
bağlı uyğun mövzularda öz fikirlərini bildirir, müzakirələrə aktiv qoşulurlar.
Fizika müəllimi, mövzuya uyğun əlavə məlumatlar əldə etməyi, öz müşahidələrini
səsləndirməyi bu şagirdlərə tapşıra bilər.Bu cür şağirdlər ev heyvanı, otaq
bitkiləri saxlayır, onlara qayğı göstərir, ətraf mühiti çirkləndirənləri
xoşlamırlar.Bu baxımdan fizika müəllimi alternativ enerji, istilik mühərrikləri
və ekoloji problemlər və s. kimi mövzularda bu şagirdlərin uyğun tapşırıqlar
verməklə naturalist qabiliyyətin təkmilləşməsinə təkan göstərməlidir.
Naturalist qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün bağban, fermer, heyvan təlimçisi,
kinoloq, ekoloq, balıqçı, fotoqraf, florist, baytar, zooloq və s. kimi peşələr
uyğun hesab olunur.
8. Musiqi qabiliyyətli şagirdlər informasiyanı səslər,
mahnı, ritm, hətta videoçarxlar vasitəsilə almağa meyillidirlər. Adətən,
mülayim xasiyyətlidirlər. Musiqiyə qulaq asaraq, züm-zümə edərk iş görmək, dərs
öyrənmək onlara daha rahatdır.Fizika müəllimi səs, səs mənbələri və s. kimi
materialları araşdırmağı ,məlumat verməyi bu şagirdlərin öhdəsinə verə bilər.
Bu şagirdlərin dərsə diqqətini cəlb etmək,
informasiyanı daha yaxşı qavramaları üçün müəllim öz səs tonunu
emosional olaraq tənzimləyə bilər. Musiqi qabiliyyəti inkişşaf etmiş şagirdlərə
musiqiçi. Müğənni, bəstəkar, ifaçı, drijor, səs redaktoru və s. kimi peşələr
uyğun ola bilər.
Əgər fizika
fənn müəllimi şagirdlərinin hansı qabiliyyətlərə sahib olduğunu aşkarlaya,
sinifdə hansı qabiliyyətli şagirdlərin üstünlük təşkil etdiyini təyin edə bilərsə,
onlara fizika kimi, qavranılması çətin hesab olunan fənni sevdirməyə nail ola
bilər. Dahi Albert Eynşteyn deyirdi: “Hər kəs dahidir, ancaq sən balığı ağaca
çıxa bilməmək qabiliyətinə görə tənqid etsən, o, ömrü boyu özünün qabiliyyətsiz
olduğuna inanaraq yaşayacaq”. Ona görə də şagirdlərin fərqli qabiliyyətlərini
üzə çıxararaq, onların marağını nəzərə alıb düzgün istiqamətləndirmək çox
vacibdir. Bunun üçün şagirdi müşahidə etmək, sorğu təşkil etmək, sinif rəhbəri
və valideynlə müsahibə aparmaq olar. Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf
etdirmək onları gələcək peşə seçiminə düzgün yönləndirməyə və təhsilimizin əsas
məqsədlərindən olan, həyati bacarıqlara yiyələnən qabiliyyətli şəxslər
yetişdirməyə imkan verəcəkdir.
VACİB
QEYD:
“STEM Azərbaycanda”
layihəsində istifadə olunan bütün materiallar “Müəllif Hüquqları Dövlət
Agentliyi” tərəfindən qeydiyyatdan keçirilir. Bu səbəbdən, müəllif hüquqlarına
və zəhmətinə hörmət edərək, materiallardan istifadə edilərkən mütləq müəllifin
adını: Aliyə Əhmədova və materialın onlayn linkini mənbə olaraq göstərməyi diqqətdə
saxlayın.
“STEM Azərbaycanda”
layihəsindəki yazılara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi heç bir məsuliyyət
daşımır!
Комментариев нет:
Отправить комментарий