2022-ci il Beynəlxalq Dayanıqlı İnkişaf üçün Əsas Elmlər İli elan ediləcək.

 Xəbəriniz olsun ki, BMT 2022-ci ilBeynəlxalq Dayanıqlı İnkişaf üçün Əsas Elmlər İlinin elan edilməsinə dair qərar qəbul edəcək (International Year of Basic Sciences for Sustainable Development in 2022 - IYBSSD). https://www.iybssd2022.org/en/home/Məlum olduğu kimi, geniş mənzərədən baxdıqda, STEM/ STEAM metodikasının tətbiqinin uzaq məqsədlərinə Dayanıqlı İnkişaf məqsədlərinə nail olmaq da daxildir. 2022-ci ilin Beynəlxalq Dayanıqlı İnkişaf üçün Əsas Elmlər İli ( Basic Sciences -təbiəti öyrənən fundamental elmlər nəzərdə tutulur )elan edilməsi qərarı bir daha sübut edir ki, STEM/STEAM metodikasının tətbiqi elmi savadlılıq üzərində qurulmalıdır. Elmi savadlılıq olmadan aparılan işlər sadəcə görüntü, hesabat xarakterli olacaq.

Əsas elmlər və davamlı inkişaf (Basic Sciences and Sustainable Developmen)
2015-ci ildə BMT tərəfindən qəbul edilən Gündəlik 2030, bütün dünya əhalisinin davamlı inkişafı üçün inteqrasiya edilmiş bir baxışdır (sənəddir). Bu, birgə cəhd göstərməli olduğumuz 17 Dayanıqlı İnkişaf Məqsədində (SDG) öz əksini tapmışdır. Bu SDG-lərdən bir neçəsi elmi inkişafla aşkar şəkildə əlaqəlidir:
Sağlamlıq və rifah (SDG 3);
Təmiz su və kanalizasiya (SDG 6);
Əlverişli və təmiz enerji (SDG 7);
İqlim hərəkəti (SDG 13);
Suyun altındakı həyat (SDG 14);
Quruda həyat (SDG 15).
Beləliklə, bütün SDG-lər elm və texnologiyanın vəhdət (inteqrasiyalı) şəkildə təhsilalanlara öyrədilməsini zəruri edir.
IYBSSD-2022 broşurunu buradan yükləyin
Məlumatı hazırladı: Aliyə Əhmədova

Комментариев нет:

Отправить комментарий