Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan
"Hərbi STEAM Mühəndisləri" layihəsi icra planına uyğun olaraq davam etdirilir. Layihə çərçivəsində təşkil edilmiş növbəti təlimlərdən görüntüləri təqdim edirik. Şagirdlər layihə məzmununa uyğun olaraq tank hissələrinin quruluşunu müzakirə edirlər, 3D dizayn üçün ehtiyac olan fiqurları, dizayn əməllərini dəqiqləşdirdilər və müxtəlif tank modelləri dizayn etməyə başladılar. Layihənin təlimçisi STEAM mütəxəssisi Aliyə Əhmədovadır. Layihə rəhbəri Bakı şəhəri 240 saylı tam orta
məktəbin müəllimi Gülşən Hacıyevanın bildirdiyinə görə layihənin
məqsədi 7-8-ci sinif şagirdlərini
hərbi STEAM dərnəklərinə cəlb
etməklə, onlarda müdafiə sənayesi mühəndisliyi istiqamətində öyrənmə, həyati və
dizayn düşüncəsi bacarıqlarını formaşdırmaq, ölkəmizin sosial-iqtisadi və
müdafiə sahələrində peşəkarlar hazırlığına tövhə verməkdir. Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin məqsədi təhsildə innovasiyaları və sağlam rəqabəti dəstəkləməkdir.
Комментариев нет:
Отправить комментарий