Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin Abşeron-Xızı regionu üzrə qrant qazanmış “Süni intellekt əsaslı gümrahlıq” layihəsinin icra planına iuyğun olaraq, Süni İntellekt Tədris Alətlərindən öyrənmə prosesində rəqəmsal
bacarıqların artırılması, eyni zamanda şagirdlərdə gümrahlaşdırıcı təsirinin
paylaşılması ilə bağlı gənc
müəllimlər üçün seminar təşkil edilmişdir. "Rəqəmsallaşma və gümrahlığın balanslaşdırılması" adlı bu seminarımaraqlı diskussiyalarla yadda qaldı. "NewSpace Open Innovation" qurumunun mentoru, 5 illik tədqiqatçı və 7 illik startapların idarə edilməsi təcrübəsi ilə səhiyyənin idarə edilməsi üzrə PhD dərəcəsinə malik,həmçinin bu yaxınlarda böyük əczaçılıq şirkəti tərəfindən alınmış Reseptron – e-sağlamlıq startapının həmtəsisçisi, dr.Leyla Tağızadə müəllimlərlə görüşərək onlara innovasiyalar və onların müxtəlif sahələrdə uğurlu tətbiqindən, süni intellektin müasir dövrdə çoxşaxəli rolundan və gümrah həyat tərzinin balanslaşdırılmasından söhbət açdı. Seminar iştirakçıları ilə qarşılıqlı müzakirə şəklində baş tutmuş seminarın faydalı olacağına əminik.
Layihə rəhbəri : Əhmədova Sevinc
Layihə üzrə ekspert: Əhmədova Aliyə
Комментариев нет:
Отправить комментарий