“Sabahın Alimləri” kimi düşün və tətbiq et ! layihəsi çərçivəsində təlimlər yekunlaşdı.

 Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində fəərdi kateqoriyada qalib  gəlmiş “Sabahın Alimləri” kimi  düşün və tətbiq et ! layihəsi çərçivəsində təlimlər yekinlaşdı.   Layihə rəhbəri, Bakı şəhəri 201 nömrəli məktəbin müəllimi Samirə Verdiyevanın bildirdiyinə əsasən təlimlər 3 ay müddətində 10 təlim günü olmaqla, 20 saat onlayn şəkildə təşkil edilmişdir.  layihə təlimlərinin məqsədi IX-XI sinif şagirdlərinin “Sabahın alimləri“ XIII Respublika Müsabiqəsinə qeydiyyat proseduru, komandanın təşkili üçün tövsiyyələr, mövcud ideyanın müsabiqəyə uyğun layihə formasına çevrilməsi üçün çoxsaylı sənədlərin tərtibi ilə bağlı təcrübəli mütəxəssislər tərəfindən mentor dəstəyin göstərilməsidir. Layihə təlimçisi Səbinə İsayeva və layihə eksperti bu prosesdə layihə iştirakçılarına layihə məzmununa uyğun olaraq çoxsaylı sənədlərin tərtibi ilə bağlı təcrübələrini bölüşmüşlər.



Комментариев нет:

Отправить комментарий