Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII
qrant müsabiqəsində “NanoSTEAM real-virtual laboratoriyası” adlı layihənin rəhbəri
,Pərvinə Zeynalova Ağdam
rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində
kimya və STEAM müəllimidir.. Onun bildirdiyinə əsasən, layihənin əsas məqsədi
araşdırma və analogiyaya əsaslanan elmi öyrənmə mühitində nanoelm və
nanotexnologiya istiqamətindəki anlayışları, yenilikləri, əlçatan təcrübi fəaliyyətləri
və onlayn tədris alətlərini şagird və müəllimlərə aşılayacaq məşğələlər təşkil
etməklə innovativ peşə və ixtisasların təbliğinə nail olmaqdır. Daha sonra
istifadə ediləcək nanotexnologiyalarla bağlı təlim təqdimatları, materialları,
təlimat vərəqələri və nano məzmunlu dərs planları hazırlamaqdır. O, layihənin faydalarından da söz açaraq
vurğulayıb ki, ətraf kənd məktəblərindən layihəyə cəlb olunmuş şagird və müəllimlərə
təlim və fəaliyyətlər təşkil olunmuşdur. Layihənin təlimləri İTE təlimçisi, biologiya
və STEAM müəllimi Rəqşanə Məmmədova tərəfindən həyata keçirilir. Layihə çərçivəsində
layihəyə cəlb olunmuş şagirdlərlə Bərdə STEAM Mərkəzinə səfər təşkil olunmuş, mərkəzdə
olan fəaliyyət otaqları, fəaliyyətlər və əl işləri ilə tanış olmuşlar. Həmçinin
«NanoSTEAM” açıq onlayn vebinarını təşkil edilmişdir. Vebinarın təqdimatçısı ,
layihənin eksperti beynəlxalq STEM konfranslarında və beynəlxalq Scientix
portalında Nanoelm mövzusunda təqdimatları olmuş, qabaqcıl təhsil işçisi Aliyə Əhmədova
olmuşdur. Pərvinə Zeynalova bildirmişdir
ki, layihə şagirdləri SAF 2023 müsabiqəsində müxtəlif kateqoriyalar üzrə seçimlərdə
iştirak etmişlər. «Mexatronika» kateqoriyası üzrə 110 komanda içində 18-ci yeri
tutmuşlar. Həmçinin «Sabahın alimləri» müsabiqəsinə də fərqli kateqoriyalar üzrə
3 komanda layihə vermişdir.
Qeyd edək ki, “Nanoelm-nanotexnologiyalar”la məşğul
olmaq müəllim və şagirdlərə gələcək fəaliyyətlərində, fərqli yarış və müsabiqələrdə
yeni yanaşma tətbiq edərək nailiyyət qazanmağa zəmin yaradacaqdır.
Комментариев нет:
Отправить комментарий